SOCAR Ceyhan limanından xam neftin ixracını 4%-ə qədər azaldıb

SOCAR Ceyhan limanından xam neftin ixracını 4%-ə qədər azaldıb
# 01 dekabr 2016 15:35 (UTC +04:00)

SOCAR 2016-cı ilin noyabr ayında Ceyhan limanından 1 mln. 501 min 807 ton xam neft ixrac edib.

SOCAR-dan “APA-Economics”ə verilən məlumata görə, bu, ötən ilin noyabr ayı ilə müqayisədə 1,81% azdır.

Ümumilikdə, bu ilin yanvar-noyabr ayları ərzində Ceyhan limanından 15 mln. 494 min 20 ton xam neft ixrac edilib. Bu isə 2015-ci ilin 11 ayı ilə müqayisədə 3,64% azdır

Bu dövr ərzində Kulevi terminalından isə 14 min 946 ton xam neft ixrac edilib.

SOCAR tərəfindən ixrac olunmuş xam neftin göstəriciləri həm Azərbaycan dövlətinə, həm də şirkətin özünə məxsus xam neft həcmlərini əks etdirir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR