Meyin istefa verəcəyi təkzib edilib

Meyin istefa verəcəyi təkzib edilib
# 27 avqust 2017 14:45 (UTC +04:00)

Böyük Britaniyanın baş naziri Tereza Mey 2019-cu ildə istefa vermək niyyətində deyil.

APA-nın TASS agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə yayılan xəbərləri bu gün Böyük Britaniya baş nazirinin dəftərxanası təkzib edib və bu xəbərlərin həqiqəti əks etdirmədiyi vurğulanıb.

Qeyd edək ki, şənbə günü “The Daily Mirror” qəzeti Mühafizəkar Partiyasının deputatlarına istinadən yazıb ki, T. Mey partiyanın rəhbərliyində təmsil olunan 15 nəfəri iqamətgahına dəvət edib və 30 avqust 2019-cu ildə partiya sədri və baş nazir postunu tərk etmək niyyətində olduğunu bildirib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR