Aydın Əliyev: "Azərbaycanda gömrük statistikası dünya statistika metodologiyası üzrə aparılır"

Aydın Əliyev: "Azərbaycanda gömrük statistikası dünya statistika metodologiyası üzrə aparılır"
# 19 yanvar 2018 08:06 (UTC +04:00)

"Gömrük statistikasının metodologiyası dünya statistika metodologiyası üzrə aparılır. Azərbaycan da bu statistik metodologiyaya uyğun öz gömrük statistika məlumatlarını açıqlayır".

APA-Economics”in məlumatına görə, bunu Dövlət Gömrük Komitəsinin sədri Aydın Əliyev bu gün Ümumdünya Gömrük Təşkilatının Avropa Regional Ofisində Dövlət Gömrük Komitəsi rəhbərliyinin iştirakı ilə "2017-ci ilin yekunları və qarşıda duran vəzifələr" mövzusunda keçirilən mətbuat konfransında bildirib.

O, ötən il üçün komitə tərəfindən təqdim edilən rəqəmlərin SOCAR-ın təqdim etdiyi rəqəmlərlə üstü-üstə düşməməsi məsələsinə aydınlıq gətirərkən deyib ki, Azərbaycanda nəinki neft və qaz, hər idxal edilən məhsulun qeydiyyatı aparılır: “Neft və enerji məhsullarının ixracı ilə bağlı konsorsium tərəfindən Dövlət Gömrük Komitəsinə məlumat verilir. Neftin, qazın və enerji məhsullarının ixracının bəyan edilmə prosesi isə ən azı 3, bəzən 4 və 5 aya qədər davam edir. Bu səbəbdən də miqdarın və həcmin, dəyərin üst-üstə düşməsi mümkün deyil".

DGK sədrinin müavini Səfər Mehdiyev isə deyib ki, təkcə Azərbaycanda deyil, bütün dünya ölkələrində məlumatlarda fərqin olması müşahidə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR