Dövlət qulluğunda inzibati vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb

Dövlət qulluğunda inzibati vəzifələr üzrə test imtahanına qeydiyyat başlayıb
# 23 yanvar 2018 09:49 (UTC +04:00)

Dövlət İmtahan Mərkəzi (DİM) tərəfindən 18 fevralda inzibati dövlət qulluğu vəzifələrinin B növünə (inzibati icraçı vəzifələr) aid olan BA və BB qruplarına uyğun olan vəzifələr üzrə test imtahanı keçiriləcək.

Mərkəzin mətbuat xidmətindən APA-ya verilən məlumata görə, imtahan kompüter və ya kağız daşıyıcılar vasitəsilə aparılacaq.

Sənədlərin qəbulu yanvarın 23-dən fevralın 12-dək davam edəcək. Qeydiyyat bitdikdən sonra imtahan yeri və vaxtı barədə məlumat veriləcək.

Namizəd şəxsiyyətini təsdiq edən sənədi və imtahana buraxılış vərəqəsini təqdim etməklə, test imtahanında iştirak edir. İmtahana buraxılış vərəqəsini qeydiyyat bitdikdən sonra DİM-in portalından əldə etmək olar. Test imtahanından müvəffəqiyyətlə keçən namizədə altqruplara daxil olan vəzifələrə uyğun olaraq sertifikat verilir. Sertifikatın qüvvədə olma müddəti 5 ildir. Namizəd dövlət qulluğu vəzifələri üzrə bir neçə sertifikat ala bilər. Test imtahanından müvəffəqiyyətlə keçən namizəd sertifikatı əldə etmək üçün imtahan nəticələri elan olunduqdan 10 iş günü müddətində DİM-in portalında müraciət formasını doldurur. Namizədin təqdim etdiyi məlumatların düzgünlüyünün yoxlanılması məqsədi ilə ali təhsil haqqında sənədinin və əmək kitabçasının (olduğu halda) skan edilmiş surətləri formaya əlavə edilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR