Binəqədi rayon rəhbərliyi və YAP üzvləri Heydər Əliyev Mərkəzində olublar

Binəqədi rayon rəhbərliyi və YAP üzvləri Heydər Əliyev Mərkəzində olublar
# 10 dekabr 2016 12:10 (UTC +04:00)

Binəqədi Rayon İcra Hakimiyyətinin, YAP Binəqədi rayon təşkilatının və Rayon Gənclər və İdman İdarəsinin birgə təşkilatçılığı ilə Heydər Əliyevin anım günü ilə əlaqədar Heydər Əliyev Mərkəzinə ekskursiya təşkil edilib.

Binəqədi rayon İH-dən APA-ya verilən məlumata görə, təşkil edilmiş ekskursiyada İH başçısının müavinləri Vüsar İsmayılov, Aygün Əliyeva, YAP Binəqədi rayon təşkilatının sədri Ramiz Göyüşov, Rayon Gənclər və İdman İdarəsinin rəisi Qüdsi Bayramov, partiyanın aktivləri, rayon İcra Hakimiyyətində təcrübə keçən ASAN könüllüləri və Naxçıvan şəhərinə səfər etmiş məktəblilər iştirak ediblər.

Ekskursiya çərçivəsində iştirakçılara mərkəz tərəfindən ətraflı məlumat verilib və onlar Heydər Əliyev Mərkəzini və burada fəaliyyət göstərən Heydər Əliyev Muzeyini ziyarət edib, ümummilli lider Heydər Əliyevin ömür yolunu əks etdirən eksponatlar, siyasi irsini təbliğ edən əyani vəsaitlərlə tanış olublar.

Ekskursiyanın sonunda xatirə fotosu çəkdirilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR