Avropa Liqasının ilkin və I təsnifat mərhələlərində iştirak edəcək 97 komanda dəqiqləşib

Avropa Liqasının ilkin və I təsnifat mərhələlərində iştirak edəcək 97 komanda dəqiqləşib
# 29 may 2018 10:08 (UTC +04:00)

Avropa Liqasının ilkin və I təsnifat mərhələlərində iştirak edəcək 101 komandadan 97-si dəqiqləşib. Apasport.az saytının məlumatına görə, bu siyahıda yarışa təsnifat raundundan başlayacaq Azərbaycan klubları “Qəbələ”, “Neftçi” və “Keşlə”də yer alıb.

Püşkatmada komandaların yer alacaqları səbətlərə də böyük ölçüdə aydınlıq gəlib. İyunun 12-də keçiriləcək ilkin mərhələnin püşkatmasında 14 komanda iki səbətə bölünəcək. Bu iştirakçılardan yalnız biri bilinməsə də, onun yer alacağı səbət bəllidi.

Bu raundun 7 qalibi I təsnifat mərhələsində 87 komandaya qoşulacaq. Sonunculardan yalnız üçü bəlli deyil. Lakin Monteneqro təmsilçisinin səpələnməyəcəyi dəqiqdisə, Sloveniya və Macarıstan klublarının hansı səbətdə qərarlaşacağı bilinmir.

Azərbaycanın hər üç təmsilçisi iyunun 19-da keçiriləcək püşkatmada səpələnmişlər səbətində yer alacaq. Bu isə o deməkdi ki, mümkün rəqibləri səpələnməmişlərdi.

Həmin səbətdə 40 komanda və ilkin raundun 7 cütlü yer alacaq. Lakin bu 54 komandadan üçü – Ermənistan klubları təmsilçilərimizə rəqib ola bilməz. Digər 51 komandadan üçü tam dəqiqləşməyib. Bir sözlə, “Qəbələ”, “Neftçi” və “Keşlə”nin ilk rəqibi olmağa 48 namizəd var.

İyunun 19-da həm də II təsnifat mərhələsinin püşkü atılacaq. Həmin raundda mübarizəyə birbaşa qoşulan 27 komanda və I mərhələnin 47 cütü iştirak edəcək. Klublarımızdan yalnız “Qəbələ”nin yer aldığı cütlük səpələnmişlərdən olacaq.

“Neftçi” və “Keşlə” isə özlərindən daha yüksək reytinqli – səpələnmiş klub, və ya beləsinin yer aldığı cütlə üz-üzə gələcək. Yarışa II təsnifat mərhələsindən başlayacaq komandalar arasında “Sevilya”, “Beşiktaş”, “Atalanta”, “Leypsiq”, “Bordo”, “Bernli” kimi səpələnmiş rəqiblər də var.

Avropa Liqası

İlkin mərhələsi

Səpələnmişlər

“Birkirkara” (Malta)

“Trakai” (Litva)

“Europa” (Cəbəllütariq)

B-36 (Farer adaları)

“Folqor” (San-Marino)

“Bala Taun” (Uels)

“Qzira Yunayted” (Malta)

Səpələnməmişlər

“Cefn Drids” (Uels)

“Sent Culiya” (Andorra)

“Klaksvik” (Farer adaları)

“Enqordani” (Andorra)

“Priştina” (Kosovo)

“Tre Fiori” (San-Marino)

Cəbəllütariq təmsilçisi

I təsnifat mərhələsi

Səpələnmişlər

“Kopenhagen” (Danimarka)

“Maribor” (Sloveniya)

“Makkabi” (Təl-Əviv, İsrail)

“Partizan” (Serbiya)

“Molde” (Norveç)

“Apollon” (Kipr)

“Dinamo” (Minsk, Belarus)

“Lex” (Polşa)

“Hafnarfyordur” (İslandiya)

“Dandalk” (İrlandiya)

“Jalgiris” (Litva)

“Qəbələ” (Azərbaycan)

“Osiyek” (Xorvatiya)

“Nordsyelland” (Danimarka)

“Vardar” (Makedoniya)

“Trençin” (Slovakiya)

“Slovan” (Slovakiya)

“Beytar” (İsrail)

“Anortosis” (Kipr)

“Dinamo” (Tiflis, Gürcüstan)

“Vitorul” (Rumıniya)

“Qurnik” (Polşa)

“Nomme Kalyu” (Estoniya)

AİK (İsveç)

“Haken” (İsveç)

“Levski” (Bolqarıstan)

MOİK (Bolqarıstan)

“Slaviya” (Bolqarıstan)

“Neftçi” (Azərbaycan)

“Keşlə” (Azərbaycan)

“Radniçki” (Serbiya)

“Spartak” (Serbiya)

“Ventspils” (Latviya)

“Şaxtyor” (Belarus)

“Reyncers” (Şotlandiya)

“Hibernian” (Şotlandiya)

“Tobol” (Qazaxıstan)

“İrtış” (Qazaxıstan)

“Kayrat” (Qazaxıstan)

“Fola” (Lüksemburq)

“Sarpsborq” (İsveç)

“Rabotniçki” (Makedoniya)

“Sarayevo” (Bosniya və Herseqovina)

“Domjale” (Sloveniya)

“Mladost” (Monteneqro)

“Jelezniçar” (Bosniya və Herseqovina)

Səpələnməmişlər

“Levadiya” (Estoniya)

“Vaduts” (Lixtenşteyn)

“Milsami” (Moldova)

“Styarnan” (İslandiya)

“Ferensvaroş” (Macarıstan)

“Kliftonvill” (Şimali İrlandiya)

“Dunayska Ştreda” (Slovakiya)

“Şiroki Briyeq” (Bosniya və Herseqovina)

“Buduçnost” (Monteneqro)

“Pünik” (Ermənistan)

“Partizani” (Albaniya)

“Çixura” (Gürcüstan)

“Zarya” (Beltsı)

“Petrokub” (Moldova)

“Luftetari” (Albaniya)

“Laçi” (Albaniya)

“Vestmannaeyar” (İslandiya)

“Uypeşt” (Macarıstan)

“Şkupi” (Makedoniya)

“Liepaya” (Latviya)

“İlves” (Finlandiya)

“KuPS” (Finlandiya)

“Lahti” (Finlandiya)

“Derri” (İrlandiya)

“Şemrok Rovers” (İrlandiya)

“Samtredia” (Gürcüstan)

“Riqa” (Latviya)

“Trans” (Estoniya)

“Stumbras” (Litva)

“Qandzasar” (Ermənistan)

“Banants” (Ermənistan)

“Baltsan” (Malta)

“Proqres” (Lüksemburq)

“Union” (Lüksemburq)

“Qlenavon” (Şimali İrlandiya)

“Kolreyn” (Şimali İrlandiya)

“Runavik” (Farer adaları)

“Konnak” (Uels)

Monteneqro təmsilçisi

İlkin mərhələnin 7 qalibi

Qeyri-müəyyənlər

Sloveniya təmsilçisi

Macarıstan təmsilçisi

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR