“Lester”in baş məşqçisi istefa verib

“Lester”in baş məşqçisi istefa verib
# 24 fevral 2019 14:47 (UTC +04:00)

İngiltərənin “Lester” klubunda baş məşqçi istefası baş verib.

ONA-nın məlumatına görə, Premyer Liqa təmsilçisi fransalı baş məşqçisi Klod Pyuellə yollarını ayırıb.

57 yaşlı mütəxəssis XXVII turun “Kristal Pelas”la ev oyunundakı 1:4 hesablı məğlubiyyətdən sonra postundan ayrılmalı olub. 2017-ci ilin oktyabrından “Lester”ə rəhbərlik edən Pyuellin təxminən 16 aylıq fəaliyyəti başa çatıb.

Bunadək “Monako”, “Lion”, “Nitsa”, “Sauthempton” kimi klublarda da işləmiş fransalını əvəzləyəcək mütəxəssis hələ müəyyənləşməyib.

Qeyd edək ki, hesabında 32 xal olan “Lester” Premyer Liqanın turnir cədvəlində 12-ci pillədə qərarlaşıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR