Kiyev bazarında yanğın baş verib

Kiyev bazarında yanğın baş verib
# 12 fevral 2017 18:54 (UTC +04:00)

Ukraynanın paytaxtı Kiyevdə "Bessarabski" bazarında yanğın baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, hadisə yerinə Ukrayna fövqəladə hallar xidmətinin 7 ədəd texnikası və canlı qüvvəsi cəlb edilib.

İnsident nəticəsində zərərçəkən olmayıb. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb. Hadisənin səbəbləri araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR