Meksika parlamentinin sədri ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub

Meksika parlamentinin sədri ilə görüşdə Dağlıq Qarabağ münaqişəsi müzakirə olunub
# 16 avqust 2017 08:08 (UTC +04:00)

Mexiko şəhərində İslam Əməkdaşlığı Təşkilatı (İƏT) Səfirlər və diplomatik missiya rəhbərləri Şurası üzvlərinin Meksika Deputatlar Palatasının sədri xanım Mariya Quadalupe Muruiya Qutyerres (Maria Guadalupe Muruia Gutierrez) ilə görüşü keçirilib.

Azərbaycanın Meksikadakı səfirliyindən APA-ya verilən məlumata görə, görüşdə Meksika Birləşmiş Ştatlarında akkreditə olunmuş İƏT dövlətləri səfirliklərinin rəhbərləri, həmçinin Meksika Xarici İşlər Katibliyinin yüksək vəzifəli nümayəndələri iştirak edib.

Görüş zamanı Meksika ilə İƏT dövlətləri arasında müxtəlif sahələrdə əməkdaşlıq imkanları, tərəflər arasında aktual olan digər məsələlər müzakirə olunub. Şuranın sədri, Misir Ərəb Respublikasının Meksikadakı səfiri Yasir Şaban çıxışı zamanı Deputatlar Palatasının sədrinə müraciət edərək İƏT üçün ən yüksək prioritet təşkil edən məsələlərdə Meksika tərəfinin davamlı dəstəyinə ümid etdiyini bildirib və bu prioritetlər arasında Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsini də xüsusilə qeyd edib.

Xatırladaq ki, İƏT tərəfindən qəbul olunmuş qətnamələrdə Ermənistanın Azərbaycana qarşı təcavüzü qəti şəkildə pislənir və Azərbaycan Respublikası ərazisinin işğalına son qoyulması tələb olunub.

Dağlıq Qarabağ

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR