“Nar bağı” filmi "Cottbus" festivalında nümayiş olunacaq

“Nar bağı” filmi "Cottbus" festivalında nümayiş olunacaq
# 24 oktyabr 2017 12:01 (UTC +04:00)

“Azərbaycanfilm” kinostudiyası və “Buta Film” kino şirkətinin birgə istehsalı olan “Nar bağı” bədii filmi "Cottbus" Film Festivalına dəvət alıb. Kinostudiyadan APA-ya verilən məlumata görə, film festivalın əsas mükafatı olan “Lubina” üçün mübarizəyə qatılacaq.

Mədəniyyət və Turizm Nazirliyinin sifarişi ilə çəkilən ekran əsərinin ssenari müəllifləri Asif Rüstəmov, İlqar Nəcəf, Roelof Jan Minneboo, quruluşçu rejissoru İlqar Nəcəf, quruluşçu operatoru Ayhan Salar, quruluşçu rəssamı Rafiq Nəsirov, bəstəkarı Firudin Allahverdi, icraçı prodüseri Akif Əliyev, prodüserləri Müşfiq Hətəmov və İlqar Nəcəfdir.

Baş rolları Qurban İsmayılov, İlahə Həsənova, Səmimi Fərhad, Həsən Ağayev Rövşən Kərimduxt və digərləri canlandırıblar.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR