Azərbaycanda kommersiya banklarının məcmu xarici aktivləri azalıb

Azərbaycanda kommersiya banklarının məcmu xarici aktivləri azalıb
# 15 yanvar 2018 12:25 (UTC +04:00)

2017-ci ilin dekabrın 1-nə Azərbaycanda fəaliyyət göstərən kommersiya bankların məcmu xarici öhdəliklərinin həcmi son bir ildə 4 mlrd. 538,1 mln. manat və ya 2,8 dəfə azalaraq 2 mlrd. 501 mln. manat təşkil edib.

Azərbaycan Mərkəzi Bankından “APA-Economics”ə verilən məlumata görə, oktyabr ayı ilə müqayisədə isə noyabrda xarici öhdəliklərin həcmi 49,3 mln. manat və ya 1,93% azalıb.

Qeyd edək ki, bankların məcmu xarici aktivlərin həcmi 2017-ci ilin dekabrın 1-nə 4 868,8 mln. manat təşkil edib ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 1 400,4 mln. manat və ya 40,38% azdır. Məcmu xarici aktivlərin həcmində oktyabr ayı ilə müqayisədə noyabrda 697,1 mln. manat və ya 12,52%-lik azalma baş verib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR