Qəzza zolağının sərhədində İsrail hərbçilərinin açdığı atəş nəticəsində 3 fələstinli ölüb.
APA-nın RT-yə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Səhiyyə nazirliyinin nümayəndəsi Əşrəf əl-Kidra bildirib.
Ötən axşam İsrail hərbçiləri Qəzza zolağının cənub hissəsindən atəşə tutulub. Atışma zamanı İsrail ordusunun zabiti yaralanıb. Buna cavab olaraq İsrail Müdafiə ordusu HƏMAS-ın hərbi postlarına zərbələr endirib.
***
22:14
Qəzza zolağı İsrail ordusu tərəfindən artilleriya atəşinə tutulub.
APA-nın “Anadolu” agentlyinə istinadən verdiyi xəbərə görə, bu barədə Fələstin Səhiyyə nazirliyindən bildirilib.
Məlumata əsasən, hadisə nəticəsində 2 nəfər ölüb, daha 1 nəfər isə ağır yaralanıb.
Qeyd edək ki, ötən həftə Qəzzadan açılan atəş nəticəsində bir İsrail hərbçisi ölüb. Buna cavab olaraq İsrail HƏMAS-ın Qəzza zolağındakı 70-ə yaxın obyektini bombalayıb.
***
21:51
İsrail hərbçiləri HƏMAS-ın Qəzza zolağındakı mövqelərinə zərbələr endirib.
APA-nın məlumatına görə, bu barədə İsrail ordusunun mətbuat xidməti bildirib.
“Bu gün İsrail hərbçiləri Qəzza zolağının cənub hissəsindən atəşə tutulub. Buna cavab olaraq İsrail Müdafiə ordusu HƏMAS-ın hərbi postlarına zərbələr endirir”, məlumatda deyilir.