Xaçmazda zəncirvari qəza olub, 3 nəfər xəsarət alıb

Xaçmazda zəncirvari qəza olub, 3 nəfər xəsarət alıb
# 21 yanvar 2017 12:34 (UTC +04:00)

Xaçmaz rayonunda zəncirvari yol qəzası baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Xaçmaz-Quba yolunun 7-ci km-də qeydə alınıb. “Ford”, “Toyota”, “Mercedes” və “VAZ 21011” markalı maşınlar toqquşub. Nəticədə “Vaz 21011” markalı avtomobilinin sürücüsü və 2 sərnişini müxtəlif dərəcəli bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib. Onlar Qubanın Ağbil kənd sakinləri 1981-ci il təvəllüdlü Məmmədov Rahim Ramiz oğlu, 1990-cı il təvəllüdlü Zeynalova Leyla Hacıbaba qızı və azyaşlı, 2011-ci il təvəllüdlü Zeynallı Sənan Həbibulla oğludur. Hər üç şəxsin vəziyyəti orta-ağırdır.

Faktla bağlı Xaçmaz rayon Polis Şöbəsində araşdırmalar davam etdirilir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR