Azərbaycan prezidenti Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb - YENİLƏNİB

Azərbaycan prezidenti Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri ilə görüşüb - <span style="color: red;">YENİLƏNİB
# 18 yanvar 2017 09:31 (UTC +04:00)

Azərbaycan prezidenti İlham Əliyev Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Falih ilə görüşüb.

APA-nın məlumatına görə, Səudiyyə Ərəbistanı ilə Azərbaycan arasında mövcud olan əməkdaşlığı yüksək qiymətləndirən nazir Xalid Al Falih gələcəkdə ikitərəfli münasibətlərin daha da genişləndiriləcəyinə ümidvar olduğunu vurğulayıb.

O, Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycanda həyata keçirilən uğurlu islahatların əhəmiyyətini qeyd edib.

Prezident İlham Əliyev isə Səudiyyə Ərəbistanına səfərini məmnunluqla xatırlayıb, ölkələrimiz arasında qardaşlıq münasibətlərinin olduğunu deyib.

Söhbət zamanı Səudiyyə Ərəbistanı tərəfindən Azərbaycana investisiyaların yatırılması, Səudiyyə Ərəbistanının Energetika, Sənaye və Təbii Sərvətlər Nazirliyi ilə Azərbaycanın Energetika Nazirliyi arasında əməkdaşlıq, “Saudi Aramco” şirkəti ilə SOCAR-ın həm regionda, həm də digər ölkələrdə birgə layihələr həyata keçirmələri və digər məsələlər müzakirə edilib.

*** 11.51

Prezident İlham Əliyev Davosda Səudiyyə Ərəbistanının energetika, sənaye və təbii sərvətlər naziri Xalid Al Falih ilə görüşüb.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan prezidentinin mətbuat xidməti məlumat yayıb

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR