Azərbaycanın görkəmli hərbi xadiminin anadan olmasının 120 illiyi ilə bağlı poçt markası buraxılıb

Azərbaycanın görkəmli hərbi xadiminin anadan olmasının 120 illiyi ilə bağlı poçt markası buraxılıb
# 11 avqust 2015 11:49 (UTC +04:00)

Bakı. Musa Əhmədov – APA-Economics. Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” Məhdud Məsuliyyətli Cəmiyyəti yeni poçt markası nəşr etdirib.

Nazirlikdən “APA-Economics”ə verilən məlumata görə, yeni marka Azərbaycanın görkəmli hərbi xadimlərindən biri olan Cəmşid Naxçıvanskinin 120 illik yubileyinə həsr edilib.

Poçt markasının üzərində C.Naxçıvanskinin şəkli təsvir olunub.

Markanın nominal dəyəri 0,5 manat təşkil edir.

Qeyd edək ki, Azərbaycan Prezidenti İlham Əliyev bu ilin aprel ayının 2-də Cəmşid Naxçıvanskinin 120 illik yubileyinin keçirilməsi haqqında sərəncam imzalayıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR