Türkmənistandan Bakıya gələn gəmidə terror törədilməsinin qarşısı alınıb

Türkmənistandan Bakıya gələn gəmidə terror törədilməsinin qarşısı alınıb
# 12 sentyabr 2017 10:27 (UTC +04:00)

Avqustun 28-də Türkmənistanın xüsusi xidmət orqanları tərəfindən Türkmənbaşı şəhərinin limanında terror aktının qarşısını alıb.

APA-nın “CA-News”-a istinadən verdiyi xəbərə görə, Türkmənistan vətəndaşı olan ( ad və soyadları açıqlanmır) iki qardaş Türkmənbaşı və Bakı şəhərləri arasında fəaliyyət göstərən "Bəxtiyar"adlı sərnişin bərəsinə partlayıcı qurğu keçirtməyə cəhd ediblər.

Bildirilir ki, qardaşlar əvvəlcədən müxtəlif yerlər üçün bilet alıblar və partlayıcı qurğunu hissələr şəkilində ayrı-ayrılıqda keçirərək onu göyərtədə yığmağı planlaşdırıblar.

Məlumata görə, həmin gün bərədə 170-ə yaxın sərnişin və Türkiyə şirkətinə məxsus yük avtomobilləri və həmin şirkətlərin heyəti olmalı imiş.

Qeyd edilir ki, xüsusi xidmət orqanları terror aktının törədiləcəyindən əvvəlcədən xəbərdar imişlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR