Türkiyədə polis idarəsi və AKP-nin binasını qumbaraatanla atəşə tutan terrorçu yaxalanıb

Türkiyədə polis idarəsi və AKP-nin binasını qumbaraatanla atəşə tutan terrorçu yaxalanıb
# 22 yanvar 2017 11:40 (UTC +04:00)

İki gün əvvəl Türkiyədə İstanbul Polis İdarəsi və hakim Ədalət və İnkişaf Partiyasının (AKP) İstanbul təşkilatının binasını qumbaraatandan atəşə tutmaqda şübhəli sayılan terrorçu yaxalanıb.

APA-nın “Hürriyet” qəzetinə istinadən verdiyi məlumata görə, DHKP/C terror təşkilatının üzvü olan 43 yaşlı Şerif Turunc bu gün Təkirdağda saxlanılıb.

Xatırladaq ki, Ş. Turunc Türkiyə Daxili İşlər Nazirliyinin təhlükəli terrorçular siyahısında yer alıb. İstanbul Polis İdarəsi və AKP-nin İstanbul təşkilatının binasına hücum zamanı istifadə edilən “RPG-18” qumbaraatanlarının üzərində məhz onun barmaq izləri aşkarlanıb. Dünən isə Esenyurtda polis avtomobilini görən Ş. Turunc avtomobildən enib, atəş açıb. Daha sonra isə ara küçələrə qaçan terrorçu üzərindəki əl qumbarası və çiyin çantasını da yerə atıb. Çantadan silah, əlcək, ip, dərman vasitələri və bəzi geyimlər çıxmışdı.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR