Ceyms Uorlik: "Təmas xəttində son aylar müşahidə olunan sakitliyin davam etməsini istəyirik"

Ceyms Uorlik: "Təmas xəttində son aylar müşahidə olunan sakitliyin davam etməsini istəyirik"
# 23 iyul 2015 15:17 (UTC +04:00)

Bakı. Faiq Mahmudov - APA. "Biz həmsədr qrupu olaraq Azərbaycana gəlməzdən öncə Ermənistanda və Vyanada olduq. Həm Ermənistanda, həm də Vyanada prezidentlərin bu ilin sonuna qədər görüşünün təşkilinin mümkünlüyünü müzakirə etdik".

APA-nın xəbərinə görə, bunu ATƏT-in Minsk Qrupunun amerikalı həmsədri Ceyms Uorlik Bakıda deyib.

"Prezidentlər arasında görüşün çərçivəsini müəyyənləşdirmək istəyirik ki, dövlət başçıları bir araya gələrək Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllinə dair danışıqlar aparsınlar. Hər iki ölkədə prezidentlərlə danışıqlarımız oldu. Danışıqlar əsnasında iki tərəfin də atəşkəs rejiminə riayət etməsinin zəruriliyini vurğuladıq, cəbhə xəttində hər hansı zorakılıq hallarının baş verməməsinin vacibliyini qeyd etdik", - deyə diplomat bildirib.

O, son bir beçə ay ərzində təmas xəttində nisbətən sakitlik müşahidə olunduğunu qeyd edib: "Biz bu sakitliyin davam etməsini istəyirik. Düşünürük ki, cəbhədəki sakitlik gələcək etimadın qurulması, eyni zamanda tərəflərin biri-birinə hörmətlə yanaşması üçün bilavasitə zəmin yaradacaq".

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR