Azərbaycanda 4 yaşlı uşağın mədəsindən qəpik çıxarılıb

Azərbaycanda 4 yaşlı uşağın mədəsindən qəpik çıxarılıb
# 21 noyabr 2016 08:15 (UTC +04:00)

Azərbaycanda 4 yaşlı uşağın mədəsindən qəpik çıxarılıb.

Respublika Müalicəvi Diaqnostika Mərkəzinin (RMDM) həkim-mütəxəssisləri tərəfindən bir neçə gün əvvəl mərkəzə yad cisim udması, qusma, ürəkbulanma və halsızlıq şikayətləri ilə müraciət edən 4 yaşında uşaqda aparılan Rentgen müayinəsi zamanı mədədə yad cismin, qəpiyin olması təsdiq edilib.

RMDM-dən APA-ya verilən məlumata görə, nəticədə yad cismin endoskopik yolla xaric edilməsinə qərar verilib.

RMDM-in həkim-ümumi cərrahı İbrahim Əfəndiyev, həkim-qastroenteroloq Cəmil Kamilli və həkim-anestezioloq Rasim Əliyevin birgə səyi nəticəsində yad cismin xaric edilməsi fəsadsız başa çatdırılıb və uşaq tam sağlam vəziyyətdə evə yola salınıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR