Rusiyanın İrkutsk vilayətində spirt tərkibli kosmetik vasitədən ölənlərin sayı 60-a çatıb

Rusiyanın İrkutsk vilayətində spirt tərkibli kosmetik vasitədən ölənlərin sayı 60-a çatıb
# 21 dekabr 2016 07:18 (UTC +04:00)

Rusiyanın İrkutsk vilayətində spirt tərkibli kosmetik vasitə olan "Boyarışnık" maddəsindən zəhərlənərək ölənlərin sayı 60-a çatıb.

APA-nın "İnterfax"a istinadən verdiyi məlumata görə, bu barədə Rusiya Səhiyyə Nazirliyinin regional nümayəndəsi Tatyana Şkurskaya bildirib.

Hazırda xəstəxanalarda 40 nəfər həkim nəzarəti altındadır, beş nəfər artıq evə buraxılıb.

Kütləvi zəhərlənmə ilə bağlı 11 nəfər həbs olunub, 100-dək şəxs şahid qismində dindirilib.

Qeyd edək ki, dekabrın 17-də İrkutska saxta "Boyarışnık" maddəsindən kütləvi zəhərlənmə baş verib. Yerli səhiyyə xidməti bildirib ki, zəhərlənməyə vanna üçün nəzərdə tutulmuş maddənin tərkibindəki metanol səbəb olub. Halbuki maddənin etiketində tərkibində etil spirti olduğu qeyd edilib.

Faktla bağlı cinayət işi başlanılıb. Regionda fövqəladə vəziyyət, dekabrın 21-i isə matəm günü elan olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR