Türkiyədə parlament spikerinin müavini sərbəst buraxılıb - YENİLƏNİB

Türkiyədə parlament spikerinin müavini sərbəst buraxılıb - <span style="color: red;">YENİLƏNİB
# 23 dekabr 2016 08:56 (UTC +04:00)

Türkiyə Böyük Millət Məclisinin sədr müavini, HDP üzvü Pərvin Buldan sərbəst buraxılıb.

APA-nın “habertürk”ə istinadən verdiyi xəbərə görə, İstanbulun Bakırköy rayon polisində dindirilib. İfadə verəndən sonra sərbəst buraxılıb.

***

10.34

Türkiyədə PKK-ın siyasi qolu olan Xalqların Demokratik Partiyasının (HDP) millət vəkili saxlanılıb.

APA-nın “Hürriyet”ə istinadən verdiyi xəbərə görə, Türkiyə Böyük Millət Məclisinin sədr müavini, HDP üzvü Pərvin Buldan bu gün səhər evində tutulub. Millət vəkili özünün “Twitter” hesabında “saxlanıldım” deyə yazıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR