Ceyhan terminalından indiyədək neftlə yüklənmiş 4 400-dən çox tanker yola salınıb

Ceyhan terminalından indiyədək neftlə yüklənmiş 4 400-dən çox tanker yola salınıb
# 27 yanvar 2020 15:42 (UTC +04:00)

Türkiyənin "BOTAS International Limited" (BIL) şirkəti tərəfindən Ceyhan neft terminalından bu günədək 3,38 mlrd. barelə yaxın neft yola salınıb.

Bu barədə "APA-Economics"ə BIL-dən bildirilib.

Qeyd edək ki, Ceyhan limanından Xəzərin Azərbaycan sektorunda yerləşən "Azəri-Çıraq-Günəşli" (AÇG) neft-qaz yataqlarından hasil edilən neft dünya bazarlarına çıxarılır.

Məlumata görə, hesabat dövründə terminaldan 4 406 tanker AÇG nefti ilə yüklənilib. Bu il (yanvarın 27-nə olan vəziyyətə görə) Ceyhan neft terminalından 18,46 mln. barel neft və 25 tanker yüklənilib.

Xatırladaq ki, BIL 2001-ci ildən etibarən Bakı-Tbilisi-Ceyhan neft kəmərinin Türkiyə ərazisində istismarı ilə məşğul olur.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR