Bank Of Baku

ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB

ATƏT sədri sabah Bakıya gələcək - YENİLƏNİB
# 13 may 2024 12:42 (UTC +04:00)

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər və ticarət naziri Yan Borq mayın 14-də Azərbaycana səfər edəcək.

APA xəbər verir ki bu barədə ATƏT-in mətbuat xidməti məlumat yayıb. Bildirilib ki ATƏT sədri səfəri çərçivəsində bir sıra yüksək səviyyəli görüşlər keçirəcək.

"Səfər zamanı ATƏT-in Azərbaycandakı fəaliyyətinə diqqət yetiriləcək, Təşkilatın bütün ATƏT regionunda uzunmüddətli, davamlı sülhün əldə edilməsinə və münaqişələrin həllinə davamlı dəstəyi vurğulanacaq", məlumatda bildirilib

***

11:50

ATƏT-in fəaliyyətdə olan sədri, Maltanın xarici işlər naziri Yan Borq Azərbaycana səfər edəcək.

APA xəbər verir ki, bu barədə ATƏT sədri Ermənistanda xarici işlər naziri Ararat Mirzoyanla keçirdiyi mətbuat konfransında deyib.

O bildirib ki, Cənubi Qafqaz regionuna səfəri çərçivəsində mayın 14-də Bakıda görüşlər keçirəcək.

"Mən tərəfdaşlarımla Bakıda keçirəcəyim görüşlərdə dayanıqlı və hərtərəfli sülh üçün danışıqların aparılmasına sadiqliyin vacibliyini vurğulayacam", - ATƏT sədri deyib.

1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR