Tbilisidə tələbələr hakim partiyanın "Xarici təsirin şəffaflığı haqqında" qanun layihəsi əleyhinə yürüş keçirirlər.
APA-nın Tbilisi müxbiri xəbər verir ki, qanun layihəsi əleyhinə müxtəlif şüarlar səsləndirən tələbələr hazırda Rustaveli prospekti ilə parlament binasına yürüş edirlər. Yürüş səbəbilə Rustaveli prospektinin bir hissəsində avtomobillərin hərəkəti dayanıb.
Qeyd edək ki, paralel olaraq Batumi və Kutaisidə də tələbələrin qanun layihəsi əleyhinə etiraz aksiyası keçirilir. Saat 19:00-da isə Tbilisidə tələbələrin daha bir yürüşü elan edilib.