“Qarabağ” – “Qəbələ” oyununun hakimləri açıqlanıb

“Qarabağ” – “Qəbələ” oyununun hakimləri açıqlanıb
# 25 noyabr 2016 12:14 (UTC +04:00)

Topaz Premyer Liqasında XIII turun təyinatları açıqlanıb. Apasport.az saytının məlumatına görə, noyabrın 27-də start götürəcək turun qarşılaşmalarını idarə edəcək hakimlər, həmçinin hakim-inspektor və AFFA nümayəndələri bəlli olub.

Liderlər “Qarabağ”la “Qəbələ”nin Bakıda keçiriləcək mərkəzi oyunu FİFA hakimi Rəhim Həsənova tapşırılıb. İki gün öncə “Kəpəz” – “Neftçi” matçında əlavə köməkçi hakim olacaq ədalət təmsilçisi turun iki qarşılaşmasında iş başında olacaq.

Onun kimi Əliyar Ağayev, Orxan Məmmədov, Ömər Paşayev və İnqilab Məmmədov da bir tura iki təyinat alıb.

Topaz Premyer Liqası

XIII tur

27 noyabr (bazar)

14:00. “Kəpəz” – “Neftçi”

Hakimlər: Ömər Paşayev, Yaşar Abbasov, Vüqar Bayramov, Knyaz Əmiraslanov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Rəhim Həsənov

AFFA nümayəndəsi: Elbrus Abbasov

Hakim-inspektor: Xaqani Məmmədov

Gəncə şəhər stadionu

16:00. AZAL – “Sumqayıt”

Hakimlər: Ramil Diniyev, Azər Əsgərov, Rahil Ramazanov, Nahid Əliyev

Əlavə köməkçi hakimlər: Fariz Yusifov, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Vaqif Davudov

Hakim-inspektor: Vüsal Əliyev

“AZAL Arena”

28 noyabr (bazar ertəsi)

17:00. “Zirə” – “İnter”

Hakimlər: Orxan Məmmədov, Mübariz Haşımov, İsgəndər Əliyev, Vüsal Qənbərov

Əlavə köməkçi hakimlər: Ömər Paşayev, İnqilab Məmmədov

AFFA nümayəndəsi: Rauf Əmirov

Hakim-inspektor: Kərim Ağayev

Zirə İdman Kompleksinin stadionu

29 noyabr (çərşənbə axşamı)

19:00. “Qarabağ” – “Qəbələ”

Hakimlər: Rəhim Həsənov, Namiq Hüseynov, Akif Əmirəli, Coşqun Həsənov

Əlavə köməkçi hakimlər: Əliyar Ağayev, Orxan Məmmədov

AFFA nümayəndəsi: Ramiz Mustafayev

Hakim-inspektor: Məlik Həsənov

“Azərsun Arena”

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR