İran orbitə üç peyk buraxacaq

 İran orbitə üç peyk buraxacaq
# 03 fevral 2018 10:54 (UTC +04:00)

"İran orbitə üç peyk buraxacaq".

APA-nın Tehran bürosunun məlumatına görə, bunu İranın rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri deyib. M. Azəri bildirib ki, peyklər ölkənin universitetlərində layihələşdirilib və orbitə buraxılmaq üçün son tamamlama işləri görülür.

Onun sözlərinə görə, peyklərin birini Şərif Universiteti hazırlayıb və peyklər qısamüddətli tədqiqatlar üçün nəzərdə tutulub.

Nazir deyib ki, peyklər daxildə istehsal olunmuş raketlərlə orbitə buraxılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR