XİN: KXDR Pxençxanda ABŞ rəsmiləri ilə danışıqlar aparmaq niyyətində deyil

XİN: KXDR Pxençxanda ABŞ rəsmiləri ilə danışıqlar aparmaq niyyətində deyil
# 08 fevral 2018 01:46 (UTC +04:00)

KXDR Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək Qış Olimpiya Oyunları müddətində ABŞ rəsmiləri ilə danışıqlar aparmaq niyyətində deyil.

APA-nın TASS agentliyinə istinadən verdiyi xəbərə görə, bunu Şimali Koreya Xarici işlər nazirliyinin rəsmisi bəyan edib.

“Biz heç vaxt ABŞ-la danışıqlara getmək arzusunda olmamışıq və bundan sonra bunu etməyəcəyik”, deyə diplomat vurğulayıb.

Bundan əvvəl ABŞ-ın dövlət katibi Reks Tillerson bildirib ki, ABŞ-ın vitse-prezidenti Mayk Pensin Cənubi Koreyaya səfəri çərçivəsində KXDR rəsmiləri ilə görüşü istisna olunmur.

Qeyd edək ki, ABŞ vitse-prezidenti Qış Olimpiya Oyunlarının təntənəli açılış mərasimində iştirak edəcək. KXDR Ali Xalq Məclisinin Rəyasət Heyətinin sədri Kim Yon Nam Oyunlarda Şimali Koreya nümayəndə heyətinə başçılıq edəcək. Onun Cənubi Koreya prezidenti Mun Çje In ilə görüşü planlaşdırılıb.

Qış Olimpiya Oyunları fevralın 9-dan 25-dək Cənubi Koreyanın Pxençxan şəhərində keçiriləcək.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR