Bakıda bir nəfər dənizdə batıb, batmaq təhlükəsi ilə üzləşən digər şəxs xilas olunub

Bakıda bir nəfər dənizdə batıb, batmaq təhlükəsi ilə üzləşən digər şəxs xilas olunub
# 23 iyul 2017 23:14 (UTC +04:00)

Bakıda bir nəfər dənizdə batıb.

APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, nazirliyin Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinə Bakı şəhəri, Xəzər rayonunda 2 nəfərin dənizdə çimərkən batmaq təhlükəsi ilə üzləşməsi barədə məlumat daxil olub.

Dərhal Xidmətin xilasediciləri hadisə yerinə cəlb olunaraq 1 nəfəri sudan çıxarıb və aidiyyəti üzrə təhvil veriblər, digər 1 nəfərin axtarışı isə davam edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR