Bu il AMEA-nın ümumi yığıncağı 2 dəfə keçiriləcək

Bu il AMEA-nın ümumi yığıncağı 2 dəfə keçiriləcək
# 19 aprel 2017 13:31 (UTC +04:00)

Bu gün Azərbaycan Milli Elmlər Akademiyası (AMEA) Rəyasət Heyətinin növbəti iclasında AMEA-nın Ümumi yığıncaqlarının keçirilməsi məsələsi müzakirə olunub. AMEA-dan APA-ya verilən xəbərə görə, iclasda AMEA-nın prezidenti, akademik Akif Əlizadə yığıncaqların gündəliyindəki məsələlər haqqında məlumat verib. Akademik qeyd edib ki, gündəlikdə AMEA Rəyasət Heyətinin 2016-cı il üzrə elmi və elmi-təşkilati fəaliyyəti haqqında hesabat, Nizami Gəncəvi adına Qızıl medalının və AMEA-nın adlı mükafatlarının təqdimatı, AMEA-nın həqiqi və müxbir üzvlüyünə, vitse-prezidenti vəzifəsinə və AMEA-nın İctimai Elmlər, Fizika-Riyaziyyat və Texnika Elmləri bölmələrinin akademik-katibi vəzifəsinə seçki məsələləri yer alır.

Rəyasət Heyəti AMEA-nın ümumi yığıncaqlarının bu ilin 28 aprel və 2 may tarixlərində keçirilməsi və gündəliklərinin təsdiq olunması haqqında qərar qəbul edib.

İclasda həmçinin ümumi yığıncaqların müzakirəsinə çıxarılacaq məsələlərə aid materialların hazırlanması, seçkilərin keçirilməsindən irəli gələn məsələlərin həllinin təmin edilməsi, tədbirlə əlaqədar sərginin təşkili və digər məsələlərlə bağlı struktur bölmələrin rəhbərlərinə müvafiq tapşırıqlar verilib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR