Dövlət Əmək Müfəttişliyinin rəsmisi: "Qeyri-leqal məşğulluq problemlərinə daha çox iaşə və ticarət sektorunda rast gəlinir”

Dövlət Əmək Müfəttişliyinin rəsmisi: "Qeyri-leqal məşğulluq problemlərinə daha çox iaşə və ticarət sektorunda rast gəlinir”
# 07 mart 2019 14:47 (UTC +04:00)

Qeyri-leqal məşğulluq problemlərinə daha çox iaşə və ticarət sektorunda rast gəlinir.

Bu sözləri ONA-nın Mingəçevir bürosuna Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Əmək Müfəttişliyi Xidmətinin 8 nömrəli region üzrə Dövlət Əmək Müfəttişliyinin rəisi Alik Mövlayev bildirib. Onun sözlərinə görə, Mingəçevir və Naftalan şəhərləri, eləcə də Yevlax, Goranboy rayonlarının hər biri üçün qeyri-leqal məşğulluq problemləri eyni səviyyədə xarakteridir: “Birində az, digərində çox faktın müşahidə edildiyini söyləmək mümkün deyil. Dövlət sektorunda bu tip problemlər yaşanmır. Daha çox özəl sektorda, xüsusi ilə də iaşə və ticarət sahəsində əmək müqavilələri bağlanmadan vətəndaşların əmək fəaliyyətinə cəlb olunması halları baş verir. O cümlədən uşaq əməyindən istifadə halları da aktuallığını qoruyur. Böyük yoxlamalar dayandırılıb və aparılmır. Müfəttişlik yalnız vətəndaş müraciətləri əsasında araşdırmalar aparır. Vətəndaşların hüquqlarını bilməməsi və hüquqlarını təminat altına almamaq həvəssizliyi əksər bu cür faktların gizli qalmasına zəmin yaradır”.

A.Mövlayev qeyri-leqal məşğulluq prosesinin qurbanları arasında qadınların da yer aldığını deyir: “Cari ilin iki ayı ərzində tərəfimizdən üç vətəndaşın şikayətinə baxılıb. Onlardan biri azyaşlı əməyindən yararlanma, digər iksi isə əmək müqavilələrinin bağlanmaması ilə bağlı olub. Zərərçəkən vətəndaşlardan biri qadındır. Hadisələrdən ikisi Mingəçevirdə, biri isə Yevlax rayonu ərazisində qeydə alınıb. Hər üç halla bağlı müvafiq işəgötürənlərə inzibati cəzalar tətbiq etmişik. Yenə deyirəm bu son hədd deyil. Sadəcə vətəndaşların biganəliyi oxşar problemlərin araşdırılmasına hüquqi əngəl yaradır”.

Ehtiram Muradov

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR