Problemli kreditləri ikiqat artan "Muğanbank" ötən ili 14 mln. manatlıq zərərlə başa vurub

Problemli kreditləri ikiqat artan "Muğanbank" ötən ili 14 mln. manatlıq zərərlə başa vurub
# 30 yanvar 2017 13:57 (UTC +04:00)

2017-ci il yanvarın 1-nə “Muğanbank” ASC aktivlərinin həcmi 470,824 mln. manata çatdırılıb ki, bu da ötən ilin müvafiq dövrü ilə müqayisədə 17,14% azdır.


"APA-Economics" bankın açıqladığı hesabat istinadən xəbər verir ki, 2016-cı ilin sonuna bankın kredit portfeli 346 mln. manat olub ki, bu da illik 7,64% azalmadan xəbər verir.

Kredit portfelində vaxtı keçmiş kreditlərin həcmi 2,18 dəfə artaraq 53,528 mln. manat təşkil edib.

Bank hesabat dövründə məcmu kapitalını 19,52% artıraraq 65 mln. 606 min manata çatdırıb. Nizamnamə kapitalı isə 50% artaraq 75 mln. manat təşkil edib.

Ötən il "Muğanbank"ın gəlirləri 14,63% artaraq 80 mln. 705 min manat, xərcləri 21,48% azalaraq 54 mln. 720 min manata çatıb.

Bank ötən ili 14 mln. manatlıq zərərlə başa vurub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR