Rusiyanın BMT-dəki daimi nümayəndəsinin ölümünün səbəbi məlum olub - YENİLƏNİB

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin ölümünün səbəbi məlum olub - <span style="color: red;">YENİLƏNİB
# 20 fevral 2017 19:18 (UTC +04:00)

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkinin ölümünə səbəb ürəyində yaranan problem olub.

APA-nın xəbərinə görə, bu barədə “New York Post” qəzeti məlumat verib.

Rusiyanın BMT-dəki daimi nümayəndəsinin müavini Vladimir Safronkov onun iş yerində özünü qəflətən pis hiss etdiyini bildirib. Onun sözlərinə görə, hospitala çatdırılan diplomatın həyatını xilas etmək mümkün olmayıb.

***

21:27

Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitaliy Çurkin vəfat edib.

APA-nın məlumatına görə, bu barədə Rusiya XİN-i açıqlama yayıb.

Onun fevralın 20-də Nyu-Yorkda vəfat etdiyi bildirilir. Vitaliy Çurkin 65 yaşına bir gün qalmış dünyasını dəyişib.

V.Çurkin 2006-cı ildən Rusiyanın BMT-dəki daimi nümayəndəsi olub, həmçinin ölkəsini və BMT Təhlükəsizlik Şurasına təmsil edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR