FHN-in qurumları arasında atıcılıq üzrə çempionat keçirilib - FOTOSESSİYA

FHN-in qurumları arasında atıcılıq üzrə çempionat keçirilib - <span style="color: red;">FOTOSESSİYA
# 23 iyul 2015 14:37 (UTC +04:00)

Bakı - APA. Bu gün Fövqəladə Hallar Nazirliyinin (FHN) İdman-sağlamlıq klubunun və FHN işçiləri Həmkarlar İttifaqının birgə təşkilatçılığı ilə nazirliyin yaradılmasının 10 illik yubileyinə həsr olunmuş atıcılıq üzrə növbəti çempionat keçirilib.

İdman-sağlamlıq klubundan APA-ya verilən məlumata görə, FHN-in Akademiyasında baş tutan yarışa hər birində iki iştirakçı olan 21 komanda qatılıb.

Yarışda 10 metr məsafəyə pnevmatik tapançadan 3 sınaq və 10 məqbul atışı olub.

Yarışın baş hakimi beynəlxalq dərəcəli hakim Yavuz Eminbəyli olub, atış xəttinə isə beynəlxalq dərəcəli hakim Yusif Abdullayev nəzarət edib.

Komanda hesabında birinci yeri FHN-in Dövlət Sularda Xilasetmə Xidməti (DSXX), ikinci yeri FHN-in Aparatı, üçüncü yeri isə FHN-in Akademiyası qazanıb.

Şəxsi hesabda birinci yerə Vaqif Pişiyari (DSXX), ikinci yerə Elçin Əhmədov (FHN-in Aparatı), üçüncü yerə Adil Səfərov (DSXX) layiq görülüb.

Qaliblərə diplom, fəxri fərman, kubok və hədiyyələr təqdim olunub.

Tədbirdə klubun rəisi Füzuli Musayev çıxış edərək atıcılıq üzrə çempionata hər il maraq yarandığını bildirib: “Sevindirici haldır ki, bu yarışa bir qadın iştirakçı da qatıldı. Hər çempionatda mübarizə və həyacan artır. Sabah növbəti üzgüçülük çempionatımız baş tutacaq. Sentyabrda isə bizi böyük – Səmti müəyyən etmə üzrə çempionat gözləyir”.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR