Bakıda çimərlikdə batmaq təhlükəsi ilə üzləşmiş 3 şəxs xilas edilib

Bakıda çimərlikdə batmaq təhlükəsi ilə üzləşmiş 3 şəxs xilas edilib
# 27 iyun 2015 20:03 (UTC +04:00)

Bakı-APA. Bakıda çimərlikdə batmaq təhlükəsi ilə üzləşmiş 3 şəxs xilas edilib. APA-nın Fövqəladə Hallar Nazirliyinin (FHN) saytına istinadən verdiyi xəbərə görə, hadisə Xəzər rayonunda dənizdə (“Pirşağı” sularda xilasetmə məntəqəsindən təxminən, 1500 metr məsafədə, nəzarət olunmayan ərazidə) baş verib. Batmaq təhlükəsi ilə üzləşmiş 3 nəfər Fövqəladə Hallar Nazirliyinin sularda xilasetmə məntəqəsinin xilasediciləri tərəfindən xilas olunub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR