Binəqədidə seçki mövzusunda maarifləndirici tədbir keçirilib

Binəqədidə seçki mövzusunda maarifləndirici tədbir keçirilib
# 06 mart 2018 12:20 (UTC +04:00)

“Binəqədi Gənclər Evi” sosial xidmət müəssisəsində “İlk dəfə səs verirəm!” mövzusunda maarifləndirici tədbir keçirilib.

Prezident yanında Bilik Fondu, Bakı Şəhər Gənclər və İdman Baş İdarəsi və Binəqədi rayon Gənclər və İdman İdarəsinin təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edənlər gənclərə Azərbaycan Respublikası Konstitusiyasının 56-cı maddəsi ilə müəyyən edilmiş seçki hüququndan istifadə etməyi və seçkilərdə fəallıq nümayiş etdirməyi tövsiyə ediblər.

8 saylı DSK-nın sədri Natiq Əliyev ümumilikdə Binəqədi rayonunda seçki ərəfəsində görülən işlər, seçkiyə hazırlıq prosesi, seçici siyahılarının hazırlanması haqqında ətraflı məlumat verib.

Sonra 18 yaşı səsvermə günü - 11 aprel 2018-ci il tarixində tamam olacaq gənclərə xatirə hədiyyələri təqdim edilib.

Təlimin nəzəri hissəsində təlimçi-ekspert Fəxrəddin Nağıyev çıxış edərək səsvermə prosesi, onun hüquqi əsasları və tənzimlənməsi məsələlərini gənclərə izah edib, mövzu ətrafında gənclərin suallarını cavablandırıb. Praktiki hissədə səsvermə ilə bağlı 8 saylı DSK-nın sədri N. Əliyev çıxış edərək səsvermə prosesinin bütün mərhələlərini gənclərə izah edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR