Qubada avtomobillə vurulan piyada xəstəxanada ölüb - YENİLƏNİB

Qubada avtomobillə vurulan piyada xəstəxanada ölüb - <span style="color: red;">YENİLƏNİB
# 18 oktyabr 2016 07:45 (UTC +04:00)

Quba. Vəli Turan - APA. Ötən gün axşam saatlarında Qubada baş verən yol-nəqliyyat hadisəsində xəsarət alan piyada dünyasını dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, yolu keçmək istəyərkən "Ford Tranzit" markalı maşın tərəfindən vurulan Quba şəhər sakini, 1957-ci il təvəllüdlü Yusifov Adil Nüsrəddin oğlunu xilas etmək mümkün olmayıb.

Faktla bağlı araşdırmalar davam etdirilir.

***

17 oktyabr saat 20.08

Quba. Vəli Turan - APA. Bu gün axşam saatlarında Quba rayonunda yol nəqliyyat hadisəsi baş verib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, "Ford Tranzit" markalı maşın yolu keçmək istəyən Quba şəhər sakini 1957-ci il təvəllüdlü Yusifov Adil Nüsrəddin oğlunu vurub.

O, dərhal Quba Mərkəzi Xəstəxanasına yerləşdirilib. A.Yusifovun vəziyyəti ağırdır və xəstəxananın reanimasiya şöbəsində müalicəsini davam etdirir.

Fakt araşdırılır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR