"Azərsu" əsas vəsaitlərini yenidən qiymətləndirir

"Azərsu" əsas vəsaitlərini yenidən qiymətləndirir
# 01 dekabr 2017 05:32 (UTC +04:00)

"Azərsu" ASC Maliyyə Hesabatlarının Beynəlxalq Standartlarına uyğun olaraq 2017-ci il ərzində əvəzsiz alınmış əsas vəsaitlərin yenidən qiymətləndirilməsi və 2017-ci il dekabrın 31-nə əsas vəsaitlərin qiymətdəndüşməyə testləşdirilməsi işlərinin satınalınması məqsədilə kotirovka sorğusu elan edir.

"APA-Economics" Tender komissiyasının yaydığı elana istinadən xəbər verir ki, kotirovka sorğusunda iddiaçı kimi iştirak etmək istəyənlər Bakı şəhəri, Moskva prospekti, 67 ünvanına ("Azərsu" ASC-nin satınalmaların təşkili və idarə olunması departamentinin tenderlərin təşkili şöbəsinə) müraciət edə bilərlər.

Sorğuda iddiaçı kimi iştirak etmək istəyənlər imzalanmış və möhürlənmiş kotirovka təkliflərini 5 dekabr 2017-ci il saat 15:00-dan gec olmamaq şərti ilə təqdim etməlidirlər. Göstərilən müddətdən gec təqdim olunan kotirovka təklifləri baxılmadan geri qaytarılacaq.

Kotirovka təklifləri 6 dekabr 2017-ci il saat 15:00-da açılacaq. İddiaçılar və onların səlahiyyətli nümayəndələri zərflərin açılış prosedurunda iştirak edə bilərlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR