Avropa İttifaqı Suriya məsələsi ilə əlaqədar Rusiyaya sanksiyaların tətbiqini istisna etmir

Avropa İttifaqı Suriya məsələsi ilə əlaqədar Rusiyaya sanksiyaların tətbiqini istisna etmir
# 09 oktyabr 2015 11:23 (UTC +04:00)

Bakı. Türbət Bağırova - APA. Avropa İttifaqı Rusiyanın Suriyadakı addımları ilə əlaqədar bu ölkəyə yeni sanksiyalar tətbiq edə biləcəyini istisna etmir.

APA-nın RBK-ya istinadən verdiyi xəbərə görə, bunu Avropa İttifaqının adının çəkilməsini istəməyən yüksək səviyyəli məmuru deyib. O bildirib ki, xarici işlər nazirləri səviyyəsində 12 oktyabrda keçiriləcək Avropa İttifaqı Şurasının iclasında Rusiyanın Suriyadakı hərbi əməliyyatları müzakirə olunacaq: “Biz hava zərbələrinin məhz "İŞİD" silahlılarını hədəf almasına və terrorizmlə mübarizəyə yönəldiyinə əmin olmalıyıq”.

Xatırladaq ki, Qərb dövlətləri Rusiyanı Suriyada "İŞİD" terrorçularına deyil, Suriya prezidenti Bəşər Əsədə müxalif qüvvələrə zərbələr endirməkdə ittiham edirlər.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR