Ukraynada ATƏT-in pilotsuz uçan aparatı vurulub

Ukraynada ATƏT-in pilotsuz uçan aparatı vurulub
# 27 iyul 2016 03:45 (UTC +04:00)

Bakı-APA. Ukraynada ATƏT-in Xüsusi Monitorinq Missiyasına məxsus pilotsuz uçan aparat (PUA) vurulub, digəri isə iki dəfə atəşə tutulub.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, bu barədə qurumun məlumatında bildirilib.

Məlumata görə, aparatla əlaqə ötən gecə Avdeyevkada itib. Ukrayna hərbçiləri səhər saatlarında PUA-nın qalıqlarını müşahidəçilərə təhvil veriblər.

Yarım gün sonra Kalinovoye yaşayış məntəqəsi yaxınlığında digər aparat atəşə tutulub, lakin zədələnməyib. Növbəti uçuş zamanı pilotsuz uçan aparatKadiyevka rayonunda təkrar atəşə tutulub.

Xüsusi Monitorinq Missiyası insidentlər barədə Birgə Nəzarət və Koordinasiya Mərkəzini məlumatlandırıb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR