Gəncədə 50 yaşlı kişi qətlə yetirilib

Gəncədə 50 yaşlı kişi qətlə yetirilib
# 25 sentyabr 2016 10:02 (UTC +04:00)

Gəncə. Azər Məmmədli – APA. Gəncə qətl hadisəsi törədilib.

APA-nın qərb bürosunun verdiyi məlumata görə hadisə ötən axşam şəhərin Muxtar Hacıyev küçəsində qeydə alınıb.

Şəhər sakini 1966-cı il təvəllüdlü Əbülfət Quliyev mübahisə zəminində 1996-cı il təvəllüdlü Səmral Hüseynzadə tərəfindən bıçaqlanaraq qətlə yetirilib. Qətli törədən şəxs polis əməkdaşları tərəfindən saxlanılaraq istintaqa təhvil verilib.

Faktla bağlı Gəncə şəhər Prokurorluğunda cinayət işi açılıb, istintaq gedir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR