Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 25 fevral

Nəsimi Nəbizadə ilə "Ana xəbər" bloku – 25 fevral
# 25 fevral 2016 17:04 (UTC +04:00)

GÜNÜN ŞƏRHİ

Çində gedən iqtisadi proseslər hər zaman qlobal bazarlar üçün stabilləşdirici, yaxud dağıdıcı rol oynayıb. Bu baxımdan Çin iqtisadiyyatı dünya iqtisadiyyatı üçün lakmus kağızı funksiyasını yerinə yetirir. Yuanın bir il ərzində dörd dəfə devalvasiyaya uğramasının nəticələrini xatırlatmaq kifayətdir, bu devalvasiyaların ağırlığını təkcə Çin vətəndaşları deyil, Çinlə iqtisadi bağlılığı olan bütün ölkələr çiyinlərində hiss ediblər. Dolların dünya bazarında mövqeyi, neftin qiyməti dolayı yolla həm də Çin iqtisadiyyatının durumuna bağlıdır. Və bu gün bu durum heç də ürəkaçan deyil. Hökumətin rentabelli olmayan müəssisələrin dövlət tərəfindən maliyyələşdirilməyəcəyi barədə açıqlamaları ölkənin qiymətli kağızlar bazarını faktiki olaraq çökdürüb. Çin qiymətli kağızları bir gündə 5 faiz dəyərdən düşüb, pul ekvivalentinə çevirdikdə bu, milyardlarla dollar faktiki itki deməkdir. Və bu proses domino prinsipi ilə dünyanın bütün açıq iqtisadiyyatlarına təsirini göstərir. Bu təsirin neqativ olduğunu söyləmək artıqdır. Əgər çöküş prosesi bir müddət davam etsə, yaxın zamanlarda postsovet məkanında, Avropada və Cənub-Şərqi Asiya regionu iqtisadiyyatlarında böhranın dərinləşməsinin şahidi olacağıq. Əvvəlki devalvasiyalardan və qiymətli kağızlar bazarındakı böhrandan sonra bu regionlarda baş verən proseslər belə bir iddiada olmağa əsas verir.

Vüqar MƏSİMOĞLU

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR