Yerevan məhkəməsi ABŞ-ın axtardığı Rusiya vətəndaşı haqda həbs qərarı verməyib

Yerevan məhkəməsi ABŞ-ın axtardığı Rusiya vətəndaşı haqda həbs qərarı verməyib
# 29 avqust 2016 14:57 (UTC +04:00)

Bakı. Fərid Mirzəyev – APA. Yerevan məhkəməsi Rusiya vətəndaşı Sergey Mironovun həbsi barədə prokurorluğun vəsatətini rədd edib.

APA-nın “RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, iclasa sədrlik edən hakim Мnаçаkan Martirosyan bildirib ki, S. Mironov azad olunacaq. O deyib ki, prokurorluq qərardan 5 gün ərzində apellyasiya şikayəti verə bilər.

ABŞ tərəfindən beynəlxalq axtarışda olan Rusiya vətəndaşı S. Mironov hazırda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin təcridxanasında saxlanılır. S. Mironov ötən həftənin sonunda Ermənistanın paytaxtında, Zvartnots hava limanına daxil olan zaman saxlanılıb. O, çirkli pulların yuyulmasında və qeyri-qanuni məxfi texnologiyalar ötürməkdə şübhəli bilinir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR