Azərbaycan hərbçiləri NATO kursunda iştirak edirlər

Azərbaycan hərbçiləri NATO kursunda iştirak edirlər
# 22 avqust 2016 14:57 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Avqustun 22-dən 26-dək İtaliyanın Latina şəhərində NATO-nun üzv və tərəfdaş ölkələrinin qərargah zabitləri üçün "Qüvvələrin hərəkətinin və açılmasının idarəedilməsi sistemi" (ADAMS) üzrə kurs keçirilir.

APA-nın xəbərinə görə, bu barədə Azərbaycan Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Tədbirdə Azərbaycan Silahlı Qüvvələrinin nümayəndələri də iştirak edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR