Çin sədri Rusiya ilə sərhəddə yerləşən hərbi hissələri yoxlayıb

Çin sədri Rusiya ilə sərhəddə yerləşən hərbi hissələri yoxlayıb
# 27 may 2016 04:37 (UTC +04:00)

Bakı-APA. Çin Xalq Respublikasının sədri Si Tzinpin Bolşoy Ussuriyski adasının Çin hissəsi də daxil olmaqla, Rusiya ilə həmsərhəd Heyluntzyan əyalətində yerləşən hərbi hissələrdə yoxlama aparıb.

APA-nın “TASS”a istinadən verdiyi xəbərə görə, Çin lideri əsgər və zabitlər qarşısında çıxış edərək onları “Çin Kommunist Partiyasının nəzəriyyəsi ilə silahlanmağa, şücayət və möhkəmlik nümayiş etdirərək, döyüş üslubunu təkmilləşdirməyə” çağırıb.

Si Tzinpin həmçinin ordunun döyüş hazırlığının səviyyəsinin yüksəldilməsi üçün islahatların keçirilməsinin və innovasiyaların tətbiqinin vacibliyini qeyd edib.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR