AMFA rəhbəri: "Maliyyə qurumları kredit siyasətlərinə yenidən baxır"

AMFA rəhbəri: "Maliyyə qurumları kredit siyasətlərinə yenidən baxır"
# 06 oktyabr 2016 07:59 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. "Kreditlərin geriyə ödənişlərini asanlaşdırmaq məqsədi ilə maliyyə qurumlarında kredit siyasətlərinə və strategiyalara yenidən baxılır".


"APA-Economics" xəbər verir ki, bunu "Üfüqdə yeni imkanlar: Çətinlikləri perspektivlərə çevirək" adlı ənənəvi VIII mikromaliyyə konfransında Azərbaycan Mikromaliyyə Assosiasiyasının (AMFA) İdarə Heyətinin sədri Süleyman Kələşov deyib.

Onun sözlərinə görə, müştərilərin xarici valyutada olan kreditləri restrukturizasiya olunur, müddəti uzadılır, təkrar maliyyə vəsaiti verilir. S. Kələşov bildirib ki, müştərilərə xarici valyutada olan krediti yerli valyutada verilmiş borcla bağlamaq imkanı verilir, vəziyyətdən asılı olaraq müəyyən müddət üçün cərimələr ləğv olunur.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR