Lənkəranda mağaza yanıb

Lənkəranda mağaza yanıb
# 12 mart 2016 13:54 (UTC +04:00)

Lənkəran. Ağəddin Babayev - APA. Lənkəran şəhərində yanğın hadisəsi baş verib.

APA-nın cənub bürosunun xəbərinə görə, hadisə şəhərin Şəhidlər xiyabanı küçəsində yerləşən avtomobil ehtiyat hissələrinin mağazasının anbarında qeydə alınıb.

Güclü yanğın nəticəsində şəhər sakini Hamlet Cabbarlıya məxsus mağazada xeyli sayda ehtiyat hissəsi və məişət avadanlıqları yanıb.

Hadisə yerinə 3 yanğınsöndürən maşın və canlı qüvvə cəlb olunub. Yanğının qarşısı alınıb.

90 kvadratmetr sahəsi olan mağazanın təxminən yarısı yanaraq yararsız hala düşüb.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR