Mehman Səlimovun məhkəməsi davam etdirilib

Mehman Səlimovun məhkəməsi davam etdirilib
# 11 dekabr 2015 10:44 (UTC +04:00)

Bakı. Şəhriyar Əlizadə - APA. Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində müdafiə nazirinin sabiq müavini Mehman Səlimovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

APA-nın məlumatına görə, hakim Zeynal Ağayevin sədrliyi ilə keçirilən prosesdə bildirilib ki, şahidlərdən ikisi Naxçıvanda olduqları üçün məhkəməyə gələ bilməyəcəklər.

M. Səlimov və vəkili buna etiraz edib. Məhkəmə həmin şahidlərin məcburi gətirilməsi ilə bağlı qərar qəbul edib.

Məhkəmə prosesi dekabrın 18-də davam edəcək.

Qeyd edək ki, M. Səlimova qarşı Cinayət Məcəlləsinin 179.3.2-ci (mənimsəmə - külli miqdarda törədildikdə) və 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə etmə) maddələri ilə ittiham irəli sürülüb, barəsində həbs-qətimkan tədbiri seçilib.

M. Səlimov 1995-99-cu illər ərzində müdafiə nazirinin ictimai-siyasi işlər üzrə müavini olub.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR