UNİSEF: Hələbdə son günlər 100-dək uşaq ölüb

UNİSEF: Hələbdə son günlər 100-dək uşaq ölüb
# 28 sentyabr 2016 21:34 (UTC +04:00)

Bakı-APA. Suriyanın Hələb şəhərində gedən şiddətli toqquşmalar zamanı 100-dək uşaq ölüb, 220-dən çoxu yaralanıb.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, bu barədə BMT-nin Uşaq Fondundan bildiriblər.

“Hələbin şərq hissəsində uşaqlar sanki cəhənnəmdə yaşayır. Onların çəkdikləri əzabı təsvir etmək üçün artıq söz qalmayıb”, UNİSEF-in direktor müavini Castin Forsayt bildirib.

Təşkilatın bəyanatında bildirilir ki, sentyabrın 23-dən etibarən Hələbin şərqində 96 uşaq ölüb, 223-ü yaralanıb. BMT-nin hesablamalarına görə, Hələbin şərq hissəsində 250-275 min sakin yaşayır.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR