Güclü qar Ucar rayonunda fəsadlar törədib

Güclü qar Ucar rayonunda fəsadlar törədib
# 02 yanvar 2016 09:56 (UTC +04:00)

Ucar. Zahid Abışov - APA. Güclü qar Ucar rayonunda fəsadlar törədib. APA-nın yerli bürosunun xəbərinə görə, 2 gündür ki, bölgədə yağan güclü qar əsasən elektrik təsərrüfatına ciddi ziyan vurub. Yeni ilin ilk gecəsi və ötən gecə rayonun əksər yaşayış məntəqələrinə elektrik enerjisinin verilişində fasilələr yaranıb.

Artıq iki gündür ki, rayona enerji fasilələrlə verilir.

Ucar Elektrik Şəbəkəsindən APA-ya verilən məlumata görə, yağan güclü qar səbəbindən 10-dan artıq yaşayış məntəqəsinə enerjinin verilişi müvəqqəti dayandırılıb. Buna səbəb isə ötən əsrin 60-cı illərində çəkilən, istismar müddətini başa vurmuş xətlərin və elektrik dirəklərinin küləkli, qarlı havaya tab gətirməməsi, ağacların qırılaraq elektrik naqillərinin üzərinə düşməsidir. Hazırda təmir briqadaları əraziyə cəlb olunub.

Enerjinin bərpası istiqamətində işlər aparılır. Məlumata görə, yaxın saatlarda enerjinin verilişi bərpa olunacaq.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR