"DəmirBank" irimiqyaslı Tədbirlər Planı hazırlayır

"DəmirBank" irimiqyaslı Tədbirlər Planı hazırlayır
# 26 dekabr 2015 11:06 (UTC +04:00)

Bakı. Musa Əhmədov - APA-Economics. Üzən məzənnə rejiminə keçiddən sonra “Fitch Ratings” Beynəlxalq Reytinq Agentliyi Azərbaycan banklarının yenidən qiymətləndirilməsini aparıb. Bu qiymətləndirmə nəticəsində agentlik “Dəmirbank”ın reytinqini "B" olaraq təsdiqləyib.

"APA-Economics"in xəbərinə görə, bu barədə banbkın yaydığı press-relizdə deyilir.

Qeyd olunmuş dəyişikliklə əlaqədar banklar üçün əsas gözlənilən çətinliklər müştərilərin dollarda olan öhdəliklərinin yerinə yetirilməsi ilə bağlıdır: “Bu məsələ üzrə yarana biləcək çətinliklərin qısa müddətdə aradan qaldırılması üçün “DəmirBank” tərəfindən irimiqyaslı Tədbirlər Planı hazırlanılır. Həmçinin, valyuta mövqeyinin düzgün idarə edilməsi, yüksək likvidlik səviyyəsi və dayanıqlı kapitallaşma nəticəsində, hazırda "DəmirBank" Mərkəzi Bankın müvafiq requlyativ tələblərinə cavab verir və maliyyə stabilliyinə dair heç bir çətinliyi yoxdur".

Qeyd edək ki, bankın reytinqi onun beynəlxalq əlaqələrinin və əməkdaşlığının genişlənməsində mühüm əhəmiyyət kəsb edir. “DəmirBank” beynəlxalq reytinqlərin verilməsi sahəsində dünyada aparıcı mövqelərə malik olan “Fitch Ratings” agentliyi tərəfindən ilk dəfə olaraq 2004-cü ildə qiymətləndirilib.

“DəmirBank”ın səhmdarları sırasına “25% + 1 səhm” paketi ilə Avropa Yenidənqurma və İnkişaf Bankı (EBRD) və 10% səhm paketi ilə Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) kimi beynəlxalq maliyyə təşkilatlarının təmsil olunması da Bankın beynəlxalq reytinqinə müsbət təsir edir.

#
#

ƏMƏLİYYAT İCRA OLUNUR